"Qarabağ" Avropa reytinqində irəlilədi

"Qarabağ" Avropa reytinqində irəlilədi
Futbol
23 Oktyabr 2021 - 23:26
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avropa yarışında yeganə təmsilçimiz "Qarabağ" uğurlu çıxışla UEFA reytinqində irəliləyib.

Azərbaycan klubu Konfrans Liqasının III turunda Qazaxıstan "Kayrat"ını 2:1 hesabı ilə məğlub edərək 0.500 xal qazanıb. "Qarabağ" aktivini 21.000-a çatdırmaqla 6 pillə irəliləyib. Bu görüşədək Avropada 69-72-ci yerləri bölüşən təmsilçimiz artıq 63-66-cı pillələrə şərikdir.

Ağdam klubu "Feyenoord" (Niderland), "Real Sosyedad" (İspaniya) və "Borussiya" (Münxenqladbax, Almaniya) ilə eyni xala malikdir. "Qarabağ", "Volfsburq", Təl-Əviv "Makkabi"sini, Alkmaar", Moskva "Spartak"ı, "Lill", "Molde", "Vest Hem", "Lester",  "Vulverhempton", "Everton", "Apoel", "Şalke", "Espanyol", "Atletik", "Herta", "Köln", "Legiya", "Ferentsvaroş", "Anderlext", "Fənərbağça", "Sparta", "Aberdin" və başqa klubları geridə qoyub.

Siyahıda ilk "üçlük"də "Bayern" (122.000), "Mançester Siti" (115.000) və "Liverpul" (111.000) yer alıb.

Qeyd edək ki, "Qarabağ"ın "Kayrat" üzərində qələbəsindən sonra Azərbaycan isə 2 pillə irəliyə addım atıb.

Digər xəbərlər