Abdullah Zubir: "Qələbə qazanmağa köklənmişik" - Video

Abdullah Zubir: "Qələbə qazanmağa köklənmişik" - Video
Futbol, Video
20 Oktyabr 2021 - 15:58
"Qarabağ"ın futbolçusu Abdulla Zubir sabah Konfrans Liqasının 3-cü turu çərçivəsində "Kayrat"a qarşı keçiriləcək matç haqda fikirlərini bildirib.

Supersport.Az xəbər verir ki, mətbut konfransında danışan Ağdam klubunun aparıcı üzvü matç haqda bunları deyib:

"Bizim üçün vacib oyundur. Hazır olduğumuzu düşünürəm. Qrup mərhələsinə yaxşı başlamışıq. Bu cür də davam etmək niyyətindəyik. "Kayrat" güclü komandadır, müxtəlif yığmalarda oynayan futbolçuları var. Yaxşı nəticəyə köklənmişik. Konfrans Liqası fərqli səviyyədir. Hər oyunda maksimum effektli olmağa çalışıram. Sabah komandamın uğurlu nəticə qazanmasına kömək olmaq istəyirəm".

O, yenidən Tofiq Bəhramov stadionunda oynayacaqları haqda isə şad olduqlarını deyib:

"Tofiq Bəhramovda oynamaq daha xoşdur. Komanda yoldaşlarım da belə düşünür. Çünki bu stadionda azarkeşlər meydançaya daha yaxındır. Tofiq Bəhramova qayıtdığıma görə şadıq".

Digər xəbərlər