"Unutma, YAŞAT!" futbol turniri başladı

"Unutma, YAŞAT!" futbol turniri başladı
Futbol
19 Oktyabr 2021 - 11:27
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə, Zəfər Günü münasibətilə həvəskarlar arasında təşkil edilən "Unutma, YAŞAT!" mini futbol turnirinə start verilib.

Noyabrın 8-də final qarşılaşması ilə yekun vurulacaq turnirə ümumilikdə, 64 təşkilat qoşulub.

Bunlardan 20-si idman federasiyası və ictimai birliyi, 29-u Gənclər və İdman Nazirliyinin strukturunda olan qurumlar və tabe təşkilatlar, 8-i müxtəlif dövlət qurumları, ali təhsil müəssisələri, 7-si isə gənclərin qeyri-hökumət təşkilatlarıdır.

İlk turun 1-ci oyun günündə qarşılaşmalar aşağıdakı kimi nəticələnib:

Təhsil Nazirliyi - Taekvondo Federasiyası - 0:8

İdman Könüllüləri İB - Balakən Gİİ - 6:4

AMADA - E-gov.az Hökumət Portalı - 4:5

Xocalı Gİİ - Təhsil RİM - 0:6

Tərtər Gİİ- Sabunçu Gİİ - 5:1

Binəqədi Gİİ – Bakı Ali Neft Məktəbi - 2:1

"Bir Könüllü" Proqramı - Xəzər Gİİ - 5:6

ADBTİA - Gəncə GİBİ - 9:8

Digər xəbərlər