"Millimizin ilk qələbəsinə, qol vuracağıma ümidliyəm" - Mahir Emreli - Video

"Millimizin ilk qələbəsinə, qol vuracağıma ümidliyəm" - Mahir Emreli - Video
Futbol, Eksklüziv, Video
05 Oktyabr 2021 - 11:00
Supersport.Az-a açıqlamasında Polşanın "Legiya" klubunun hüçumçusu Mahir Emreli futbol millimiz haqda danışıb.


24 yaşlı forvard Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsində qarşıda - İrlandiya, Serbiya futbolçularıyla oyunda uğur qazanacağına ümid etdiyini bildirib:

"Artıq rəqibləri tanıyırıq. Ümid edirəm ki, qrupda ilk qələbəni qazana biləcəyik. Çox istərdim ki, bunu bacarıb xalqımızı, azarkeşlərimizi sevindirək".

Klubunda qolları sıralayan hücumçu, millidə fərqlənə bilməməyinin səbəbini deyib:

"Bu barədə düşünüb özümü stresə salmağı xoşlamıram: istər milli, istər klubda olsun. "Legiya"ya yeni keçəndə bir müddət qol vura bilmirdim. Buna görə heç vaxt özümü gərgin hesab etmirdim. Mühüm olan yaxşı nəticə qazanmaqdır. Doğru çalışdığın zaman uğur gec-tez gələcək. İnanıram ki, milli komanda da belə olar və qarşıdakı matçların hər ikisində və ya birində fərqlənərəm. Millimizlə "Legiya" fərqli oyun göstərir".

Vüsal Şirəliyev, Varşava

Digər xəbərlər