Qurban Qurbanov: "Bu qələbəni haqq etdilər" - Video

Qurban Qurbanov: "Bu qələbəni haqq etdilər" - Video
Futbol, Video
04 Oktyabr 2021 - 09:59
Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun evdə "Qəbələ"yə 2:0 hesabı ilə gəldikləri Premyer Liqanın VI tur matçından sonra mətbuat konfransını videogörüntüyə alıb.


"Futbolçularımı təbrik edirəm. Bu qələbəni haqq etdilər. Çox istəkli idilər. Meydanda ən yaxşısını etdilər.

Rəqibin oyununu gördükdən sonra əmin olduq ki, boşuna ilk sırada deyildilər. Çox yaxşı komandaya qarşı oynadıq. Maraqlı görüşün şahidi olduq. Hər iki komanda sürətli, tez hücumlar qururdu. Futbolçularımdan razı qaldım".

Qurbanov qələbədə ustalıq səviyyəsi həlledici ola biləcəyini istisna etməyib: "Hər kollektivin öz üstünlüyü var. Xüsusilə ikinci hissədə meydana çıxan Filip Ozobiçlə Abdullah Zubir oyunu tam ələ ala bildilər. Rəqibin heyətində də yaxşı futbolçular var. Bəlkə də təcrübə hansısa anda köməyimiz oldu".

Digər xəbərlər