Mahir Emreli dünyanın bombardirləri siyahısında

Mahir Emreli dünyanın bombardirləri siyahısında
Futbol
02 Oktyabr 2021 - 20:20


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Supersport.Az xəbər verir ki, siyahıda millimizin üzvü Mahir Emreli də var. 24 yaşlı hücumçu il ərzində "Qarabağ" və "Legiya"nın heyətində 23 qola imza atıb. Emreli bu göstəriciyə görə 42-48-ci pillələri bölüşdürür.

2021-ci il üzrə ən çox qol vuran futbolçu "Bayern"in hücumçusu Robert Levandovskidir. Polşalı forvard 50 qola imza atıb. "Borussiya"dan (Dortmund) Erlinq Holann (41) ikinci, "Barselona"dan PSJ-yə keçən Lionel Messi (37) isə üçüncü sırada yer alıb.

Digər xəbərlər