"Qalatasaray" "Latsio"nu məğlub etdi - Video

"Qalatasaray" "Latsio"nu məğlub etdi - Video
Futbol, Video
17 Sentyabr 2021 - 07:42
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub.

Supersport.Az xəbər verir ki, ikinci oyun günündə 8 qrup üzrə 15 qarşılaşma keçirilib.


Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” İtaliya “Latsio”sunu qəbul edib. İstanbul təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib.



UEFA Avropa Liqasının qrup mərhələsində keçirilən "Qalatasaray" - "Latsio" matçının (1:0) videoicmalını təqdim edir:






 “Fənərbağça” isə Almaniyada “Ayntraxt”ın qonağı olub. Frankfurtda keçirilən oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.




Xatırladaq ki, Avroliqada qrup mərhələsinə ötən gün C qrupu çərçivəsində keçirilmiş “Spartak” (Moskva, Rusiya) – “Legiya” (Polşa) matçı ilə start verilib. Bu oyunda Polşa təmsilçisi səfərdə 1:0 hesablı qələbəyə sevinib.

Avropa Liqası
Qrup mərhələsi
16 sentyabr


A qrupu

Bröndbü” (Danimarka) – “Sparta” (Praqa, Çexiya) 0:0

“Reyncers” (Şotlandiya) – “Olimpik” (Lion, Fransa) 0:2
Qol: Ekambi, 23. Tavernye, 55-öz qapısına.

B qrupu

“Monako” (Fransa) – “Şturm Qrats” (Avstriya) 1:0
Qol: Diatta, 66.

PSV (Niderland) – “Real Sosyedad” (İspaniya) 2:2
Qol: Gotse, 32. Qakpo, 54 – Yanuzay, 34. İsak, 39.

C qrupu

“Lester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) 2:2
Qol: A.Peres, 9. Barnes, 64 – Osimhen, 69; 87.

D qrupu

“Ayntraxt” (Almaniya) – “Fənərbaxça” (Türkiyə) 1:1
Qol: Lammers, 41 – M.Özil, 10.

“Olimpiakos” (Yunanıstan) – “Antverpen” (Belçika) 2:1
Qol: El Arabi, 52. Ryabçuk, 87 – Samatta, 75.

E qrupu

“Qalatasaray” (Türkiyə) – “Latsio” (İtaliya) 1:0
Qol: Strakoşa, 67-öz qapısına.

“Lokomotiv” (Moskva, Rusiya) – “Olimpik” (Marsel, Fransa) 1:1
Qol: Anjorin, 89 – C.Ünder, 59-pen.

F qrupu

“Midtyulland” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) 1:1
Qol: İsaksen, 3 – Despodov, 32.

“Srvena Zvezda” (Serbiya) – “Braqa” (Portuqaliya) 2:1
Qol: Rodiç, 75. Katai, 85 – Qaleno, 76.

G qrupu

“Bayer” (Almaniya) – “Ferentsvaroş” (Macarıstan) 2:1
Qol: Palasios, 37. Virts, 69 – Mae, 8.

“Betis” (İspaniya) – “Seltik” (Şotlandiya) 4:3
Qol: Miranda, 32. Xuanmi, 35; 53. B.İqlesias, 51 – Ayeti, 15. Yuranoviç, 27-pen. Ralston, 87.

H qrupu

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Vest Hem” (İngiltərə) 0:2
Qol: M.Antonio, 22. Rays, 50.

“Rapid” (Vyana, Avstriya) – “Genk” (Belçika) 0:1
Qol: Onuaçu, 90+2.

Digər xəbərlər