Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında voleybol yarışının qalibi müəyyənləşib.
Supersport.Az xəbər verir ki, finalda Braziliya və ABŞ milliləri üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən (25:21, 25:20, 25:14) ABŞ yığması olimpiadanın qızıl medallarına sahib olub.
Qeyd edək ki, bürünc mükafatı Cənubi Koreyanı 3:0 hesabı ilə məğlub edən Serbiya millisi qazanıb.