"Qarabağ"ın zədəli futbolçusunun son vəziyyəti

"Qarabağ"ın zədəli futbolçusunun son vəziyyəti
Futbol
17 İyul 2021 - 17:01
"Qarabağ"ın zədəli futbolçusu Elvin Cəfərquliyevin yaşıl meydanlara qayıdacağı tarix açıqlanıb.

Supersport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniyada sol ayağının topuq bağından əməliyyat olunan müdafiəçi 6 həftədən sonra məşqlərə başlayacaq.

Həkimlərin rəyinə əsasən, Cəfərquliyev yüngül qaçışlarla kifayətlənəcək.

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan futbolçu Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnib.

Digər xəbərlər