Mahir Emreli yenə komandasının uğuruna kömək etdi

Mahir Emreli yenə komandasının uğuruna kömək etdi
Futbol
15 İyul 2021 - 00:12
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib.


Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı növbəti matçında Norveç çempionu "Bodo Qlimt" ilə qarşılaşıb. İlk oyunda səfərdə rəqibini 3:2 hesabıyla məğlub edən Polşa çempionu, cavab görüşündə 2:0 hesablı qələbəyə sevinib. "Legiya" növbəti mərhələdə Estoniyanın "Flora" komandası ilə qarşılaşacaq.


Norveçdəki oyunda dubla imza atan Mahir, cavab oyununda da start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. O, komandasının 40-cı dəqiqədə vurduğu ilk qolda məhsuldar ötürmə verib.

Digər xəbərlər