Mahir Emreli: “Qol vurmağı davam etdirməliyəm”

Mahir Emreli: “Qol vurmağı davam etdirməliyəm”
Futbol
18 İyun 2021 - 05:49
Avstriyanın 3-cü liqa təmsilçisi "Bisşofşofen"lə yoxlama oyununda 3 qol vuran Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli açıqlama verib.

“Bu oyun uyğunlaşmaq, komanda yoldaşlarımı tanımaq baxımından vacib idi. İlk matçımda üç qol vurdum. Bundan məmnun olsam da, ən başlıcası - dediyim kimi - uyğunlaşma, bir-birimizi yaxşı başa düşmək mühümdür. İlk görüşdə yaxşı təsir bağışladığımı düşünürəm. Rəqibimiz güclü deyildi, amma bizə qarşı yaxşı mübarizə apardı, xarakter göstərdi. İnşəAllah belə davam etsək, gələcəkdə uğurlu nəticələr qazanacağıq. Mən hücumçuyam, qol vurmaq mənim işimdir. Qol vurmağı davam etdirməliyəm. Yeni bir komandamda özümü xoşbəxt hiss edirəm. Qarşıdakı oyunlara köklənməliyəm. “Legiya” baxımlı oynamağı, daim qələbə qazanmağı sevən komandadır. Burada bir az fərqlidir. Heç vaxt belə taktikada oynamamışam. “Qarabağ”da 6 ildə 4-3-3 sistemində çıxış etmişəm. “Legiya”da bir az fərqli taktikada oynayırıq. Buna görə uyğunlaşmalı və necə oynayacağımı bilməliyəm. Məşqçim mənə hər şeyi mərhələli şəkildə izah edəcəyini deyib”.

Xatırladaq ki, Varşava təmsilçisi 5:0 hesablı qələbə qazanıb.

 

 

 

 

Digər xəbərlər