"Qarabağ" Avstriyada hazırlaşacaq

"Qarabağ" Avstriyada hazırlaşacaq
Futbol
17 İyun 2021 - 19:52
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın yeni mövsüm üçün planı məlum olub.

Komandanın hazırlığının ilk mərhələsi Bakıda keçiriləcək. Paytaxtda 2 yoxlama oyunu nəzərdə tutulub. "Qarabağ" iyunun 26-da "Keşlə", 30-da isə "Sumqayıt"la qarşılaşacaq.

Təlim məşq toplantısının 2-ci mərhələsi isə Avstriyada baş tutacaq. 12 günlük toplanış ərzində 3 yoxlama oyunu da planlaşdırılıb. Komanda iyulun 7-də Bolqarıstanın SSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqib isə "Arsenal" (Tula, Rusiya) olacaq. Son rəqibin adına daha sonra aydınlıq gələcək. Məlumatı Ağdam klubunun saytı yayıb.

Digər xəbərlər