Ərdoğana Bakıda fanatlardan alqış - Video

Ərdoğana Bakıda fanatlardan alqış - Video
Futbol
16 İyun 2021 - 16:57


Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə millisinin azarkeşləri ilə görüşüb.

Supersport.Az xəbər verir ki, Milli Məclisə yola düşməzdən əvvəl qaldığı otelin qarşısında onu azarkeşlər qarşılayıb. Fanatlar "Ərdoğan" şüarı səsləndiriblər. Dövlət başçısı isə azarkeşlərə yaxınlaşaraq onlarla görüşüb.

Qeyd edək ki, bu gün Türkiyə millisi Avro-2020-nin 2-ci turunda Bakıda Uelslə qarşılaşacaq. Rəcəb Tayyib Ərdoğanın Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü Azərbaycan prezidenti İlham Əliyevlə birgə izləyəcəyi gözlənilir.




Digər xəbərlər