"Qarabağ" azarkeşlərindən "Neftçi"ni qəzəbləndirən addım - Foto

"Qarabağ" azarkeşlərindən "Neftçi"ni qəzəbləndirən addım - Foto
Futbol, Foto
15 May 2021 - 17:00
Azərbaycan Premyer Liqasının son turu, "Neftçi" - "Qarabağ" çempionluq oyunu ərəfəsində fanatlar fəallaşıb.

Supersport.Az-ın məlumatına görə, "Qarabağ Ordu" azarkeş qrupu Bakı təmsilçisini əsəbləşdirəcək addım atıb.

Ağdam klubunun fanatları mütəxəssis Qurban Qurbanovun çalışdırdığı "Qarabağ"ın "Neftçi"ni uzun illərdir çempionluq kubokuna həsrət qoyduğuna işarə verib.

Xatırladaq ki, hər iki komanda indiyədək hərəyə 8 dəfə ölkə çempionu adını qazanıb.

Digər xəbərlər