Mahir xarici klubların siyahısında

Mahir xarici klubların siyahısında
Futbol
27 Aprel 2021 - 06:53
Polşanın "Visla" klubu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin xidmətində maraqlıdır.

Supersport.Az xəbər verir ki, bu barədə "Meczyki" nəşri məlumat yayıb. Bildirilib ki, Krakov təmsilçisi Emrelini azad agent kimi heyətinə qatmaq istədiyi bildirilib.

Nəşrin məlumatında Mahirə İtaliya, Belçika, Xorvatiya, Macarıstan klublarından da təkliflərin olduğu qeyd olunub. İddia edilib ki, karyerasını Avropada davam etdirmək istəyən hücumçu "Qarabağ"la müqavilə yeniləmək istəmir.

Bundan əvvəl Polşanın "Zaqlembe" və "Rakuv" klubları forvardla maraqlanıb.

Digər xəbərlər