"Neftçi" Honda ilə bağlı yeni xəbər yaydı

"Neftçi" Honda ilə bağlı yeni xəbər yaydı
Futbol
13 Mart 2021 - 15:58
"Neftçi" yeni transferi Keysuke Honda ilə müqaviləni martın 15-də imzalayacaq.

Supersport.Az xəbərinə görə, bu barədə klubun rəsmi TV kanalı məlumat yayıb.

Bu gün səhər Bakıya gələn Yaponiya millisinin 34 yaşlı sabiq yarımmüdafiəçisi sabah 8-ci km stadionunda komandasının "Səbail"ə qarşı Premyer Liqadakı oyununu canlı izləyəcək.

Qeyd edək ki, Honda ilə bu mövsümün sonuna qədər müqavilə imzalanacağı gözlənilir.

Digər xəbərlər