“Liverpul”dan davam, “Barselona” dayandırıldı

“Liverpul”dan davam, “Barselona” dayandırıldı
Futbol
11 Mart 2021 - 01:53
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Supersport.Az xəbər verir ki, 1/4 final uğrunda cavab matçında "Liverpul" "Leyptsiq"i qəbul edib. Səfərdə bu rəqibinə 2 cavabsız qolla qalib gələn İngiltərə təmsilçisi mərhələni keçmək üçün üstünlüyə malik idi. Yurgen Kloppun komandası pandemiya səbəbindən rəqibini Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da sınağa çəkib. İngilis klubu yenə 2 cavabsız qolla qalib gəlib.

Günün digər matçında isə "Barselona" PSJ-nin qonağı olub. “Nou Kamp"dakı oyunda 4:1 hesabı ilə qələbə qazanan Paris klubu növbəti mərhələyə daha yaxın idi. Cavab oyunu qollu heç-heçəylə bitib. PSJ növbəti mərhələyə keçib.

10 mart

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

00:00. "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya) - 2:0
İlk oyun - 2:0

Qollar: Muhamməd Salah 70, Mane 74.

00:00. PSJ (Fransa) - "Barselona" (İspaniya) - 1:1


Qollar: Mbappe, 31-pen. (1:0), Messi, 37 (1:1)
İlk oyun - 4:1

9 mart

"Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2
İlk oyun - 1:2

"Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 2:2
İlk oyun - 3:2

Digər xəbərlər