AFFA VAR üçün başladı

AFFA VAR üçün başladı
Futbol
07 Mart 2021 - 18:37
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı dünən AFFA-da görüş keçirilib.

Qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov hakimlərə bildirib ki, bunun futbolumuza faydası olacaq.

Ötən ay AFFA rəhbərliyi, FIFA ilə videokonfrans formatında ilk görüşdə VAR sisteminin tətbiqinin mart ayından etibarən aşağıda göstərilmiş qaydada, mərhələli şəkildə təmin olunacağına söz verib.

Pandemiya ilə əlaqədar müddətlərdə müəyyən gecikmələr ola bilər.



Digər xəbərlər