Premyer Liqa klubunun gətirmək istədiyi mütəxəssis: Əsgər Abdullayev

Premyer Liqa klubunun gətirmək istədiyi mütəxəssis: Əsgər Abdullayev
Futbol, Eksklüziv
17 Yanvar 2021 - 19:55
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında iştirak edən klub millimizin keçmiş baş məşqçisini vəzifəyə gətirməyə çalışır.

Bildirilir ki, "Keşlə"nin rəhbəri Zaur Axundov baş məşqçi Yunis Hüseynovu Əsgər Abdullayevlə əvəz etmək istəyir. Z.Axundov komandasının 13 turdan sonra 8 klub sırasında 7-ci pillədə olmasından narahatdır.

60 yaşlı mütəxəssis Əsgər Abdullayev Supersport.Az-a açıqlamasında "Keşlə" haqda danışıb:

"Allahın köməyilə çalışdırdığım "Araz-Naxçıvan" komandasının gələcəkdə yüksək liqada iştirak etməsini istəyirəm. Əlbəttə ki, hər məşqçi premyer liqada çalışmaq arzusundadır.

"Keşlə"ylə bağlı heç bir məlumatım yoxdur, yalan da danışmaq istəmirəm. Mən bu xəbəri sizdən eşidirəm".

Qeyd edək ki, Abdullayev 2019-cu ilin iyulunda "Araz-Naxçıvan"la 1+1 illik müqavilə imzalayıb.

       

Digər xəbərlər