"Qarabağ" əsgərləri arzusuna çatdırdı - Foto

"Qarabağ" əsgərləri arzusuna çatdırdı - Foto
Futbol, Foto
14 Yanvar 2021 - 16:58
Vətən müharibəsində iştirak edən Azərbaycanın iki əsgəri "Qarabağ"a müraciət edib.

Onlar sosial şəbəkə üzərindən bu barədə video paylaşıblar. Qarabağ uğrunda döyüşlərdə ermənilərə qarşı vuruşmuş hərbçilər başqa heç kimdən nəsə istəmdiklərini, sadəcə, yalnız Ağdam klubundan hədiyyə gözlədiklərini bildiriblər. "Qarabağ" əsgərlərin bu arzusunu yerinə yetirib.

Baş məşqçi Qurban Qurbanov və klubun baş meneceri Asif Əsgərov həmin əsgərlərə üzərində adları olan, ağ rəngli 7 və 13 nömrəli formaları hədiyyə ediblər.

Digər xəbərlər