UEFA prezidenti: “40 dəfə koronavirus testi verdim”

UEFA prezidenti: “40 dəfə koronavirus testi verdim”
Futbol
29 Dekabr 2020 - 00:12


Supersport.Az-ın məlumatına görə, UEFA prezidenti Aleksander Çeferin koronavirusun ciddi problemlər törətdiyi haqda açıqlama verib.

“30-40 dəfə testə getdim. Çox yatmadım, gecə-gündüz çalışdıq. Hökumətlərlə danışıqlar apardıq, futboldan çox sağlamlıq məsələlərinə diqqət ayırdıq” deyən qitə qurumunun rəhbəri, gələn il üçün fikir bildirməyin erkən olduğunu bildirib.

“Birinci olaraq peyvəndin necə effekt verəcəyini öyrənmək lazımdır. Çempionlar Liqası finalını azarkeşlərin iştirakıyla oynatmaq istəyindəyik. Yarışda mövcud format 2024-cü ilədək davam edəcək”.

Süleyman Kərimov

 

Digər xəbərlər