Azərbaycanın Qarabağ zəfəri səmada qeyd olundu - Şəkill

Digər, Foto
13 Noyabr 2020 - 20:21
Supersport.Az-ın məlumatına görə, Antalyanın Alanya bölgəsində Azərbaycanın Qarabağ zəfərinə dəstək məqsədilə yamac paraşütçüləri göydə Türkiyəylə Azərbaycan bayraqları açıb. 800 metrə yüksəklikdə olan Yassıtəpədən belə addım atılıb.
Alanya Turizm Tanıtma Vəqfi (ALTAV) qələbənin qeyd olunmasını təşkil edib.
Alanya Bələdiyyə, ALTAV rəhbəri Adəm Murat Yücəl bu haqda açıqlama verib:
"Dünyaya Azərbaycan - Türkiyə dostluğunun daimi olmasıyla bağlı dünyaya mesaj verdik. İki millət, bir dövlət olduğumuzu göstərdik. Buna görə zəhmət çəkənlərin hamısına təşəkkür edirəm".
Türk Hava Qurumu yamaç paraşütü mütəxəssisi Ergün Ulu, göy üzündən Azərbaycana dəstək olduqlarını bildirib.
"Azərbaycandakı qardaşlarımızla birlikdə olduğumuzu göstərmək istədik. Türkiyəyə möhtəşəm zəfəri yaşadan azərbaycanlı qardaşlarımıza Salam olsun. Göy üzündən hamıya salamlar çatdırdıq. İki dövlət, tək millət olaraq həyata davam edəcəyik".






