"Barselona" prezidentindən istefa qərarı

"Barselona" prezidentindən istefa qərarı
Futbol
28 Oktyabr 2020 - 00:38
"Barselona" prezidenti Josep Maria Bartomeu vəzifəsindən istefa verib.

Supersport.Az xəbər verir ki, İspaniya klubunun saytı belə məlumat yayıb. O, bu qərarını idarə heyətinin üzvləri ilə iclasından sonra açıqlayıb.

İspaniya mətbuatı istefa səbəbinin zəif nəticələr və klubun iqtisadi vəziyyəti olduğunu yazıb.

Bundan əvvəl Bartomeu, klub üzvləri tərəfindən etimadsızlıq qərarı almışdı. Prezident referendumu gözləməmək qərarına gəlib və istefa verib.

Qeyd edək ki, Bartomeu 2014-cü ildən Kataloniya təmsilçisinin prezidenti idi. O, dünən vəzifəsindən istefa verməyəcəyini açıqlamışdı.

Digər xəbərlər