Həbib qalib gəlib MMA-dan getdi

Həbib qalib gəlib MMA-dan getdi
Digər, MMA
25 Oktyabr 2020 - 10:05
UFC çempionu Həbib Nurmaqomedov Castin Geyci ilə üz-üzə gəlib.

Supersport.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda keçirilən görüşün ikinci raundunda Nurmaqomedov rəqibini  boğucu fəndlə məğlub edib.
Bundan əlavə, Nurmaqomedov sözügedən döyüşdən sonra MMA-dan getdiyini elan edib. O, mətbuata açıqlamasında anasına son döyüşünü keçirdiyini deyərək, söz verdiyi üçün belə bir addım atdığını vurğulayıb.

Digər xəbərlər