“Qarabağ”ın oyununun hakimləri açıqlandı

“Qarabağ”ın oyununun hakimləri açıqlandı
Futbol
09 Sentyabr 2020 - 20:33
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" oyunu üçün hakim təyinatlarını açıqlayıb.

Supersport.Az qurumun saytına istinadən xəbər verir ki, matçı Serbiya Futbol Federasiyasından Srcan Yovanoviç idarə edəcək. Ona Uroş Stoykoviç və Milan Mixayloviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Novak Simoviç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər xəbərlər