“Molde”nin direktoru: “Azərbaycana getməyə etiraz etmirik”

“Molde”nin direktoru: “Azərbaycana getməyə etiraz etmirik”
Futbol
07 Sentyabr 2020 - 15:42
Supersport.Az-ın məlumatına görə, Norveç mətbuatı Çempionlar Liqasında “Molde”nin “Qarabağ”la oyununun tarixinin, harada keçirilcəyinin naməlum olmasını dəhşətli vəziyyət hesab edib. Ölkədə karantin qaydasının problem törətdiyi bildirilib.

“Molde”nin Azərbaycana səfər edib qayıtdıqdan sonra 10 gün nəzarətdə olacağı, iki dəfə koronavirus testindən keçəcəyi qeyd olunub. Karantin müddətində oyun keçirməyin mümkünsüz olduğu, klubun iki matçı buraxacağı haqda məlumat verilib.

Norveç hökumətinin güzəşt etməyəcəyi təqdirdə, “Molde”nin neytral meydanda oynamaq məcburiyyətində qalacağı, məsələnin həll olunmaması səbəbindən iştirakçı komandalara problem yaratdığı vurğulanıb.

“Molde”nin direktoru Ole Erik Stavrum “Qarabağ”la oyun üçün Azərbaycana səfərin əleyhinə olmadıqlarını, lakin karantin qaydaları səbəbindən neytral meydanda qarşılaşmaq istəklərini bildirib:

“Bizim üçüm çox mürəkkəb durumdur. Aviabilet, otel sifariş etməliydik. İndi oyuna müddət azaldıqca vəziyyət gərginləşir. Tezliklə, bu gün və ya sabah məsələyə aydınlıq gəlməlidir.

Oyun neytral meydanda keçirilsə, heç bir komandanın üstünlüyü olmayacaq. Azərbaycana getməyə etiraz etmirik, karantin qaydalarının tələbələrinə görə, ora gedə bilmirik” (adressa.no).

UEFA, Norveç höküməti, futbol qurumu, “Qarabağ”, “Molde” klubları arasında danışıqlar gedir. Oyunun neytral meydan olaraq keçirilməsi siyahısında Polşa, Macarıstan, Kipr, Yunanıstan var. UEFA-nın bu gün məsələylə bağlı qərar verəcəyi gözlənilir.

Digər xəbərlər