Arda Turandan “Neftçi”ylə oyuna ciddi hazırlıq

Arda Turandan “Neftçi”ylə oyuna ciddi hazırlıq
Futbol
06 Sentyabr 2020 - 15:53

Supersport.Az-ın məlumatına görə, “Qalatasaray”a 9 il sonra qayıdan Arda Turan gününün əksər vaxtını klubun bazasında keçirir.


Son 6 ay komandasız qalan 33 yaşlı futbolçu fərdi hazırlaşıb. Arda Turan baş məşqçi Fatih Terimin verdiyi kapitanlıq sarğısının haqqını verməyə cəhd göstərir. Futbolçu istirahət günlərində də klubun bazasında məşq edir ki, əvvəlki formasını bərpa edib komandasına daha çox fayda olsun.


Arda bu haqda açıqlama verib:


"Çatışmazlıqları aradan qaldırıb daha yaxşı oynamağa çalışacağam. Məqsədim mövsüm ərzində sabit mübarizə aparıb komandama faydalı olmaqdır. “Qalatasaray”da olmağı, bu formanı geyməyi həsrətlə gözləyirdim. Fatih hocanın və mənə inanların üzünü qara etməyəcəm. Superliqanın tezliklə başlamasını istəyirəm".


Xatırladaq ki, sentyabrın 17-də Bakıda Avroliqanın ikinci təsnifat mərhələsində “Neftçi” “Qalatasaray”ı qəbul edəcək.



Digər xəbərlər