“Qalatasaray”ın prezidenti Azərbaycan xalqına salam göndərdi

“Qalatasaray”ın prezidenti Azərbaycan xalqına salam göndərdi
Futbol
05 Sentyabr 2020 - 01:44

“Qardaş komandalar qarşılaşacaq, “Neftçi”nin uğurunu istəyirəm”


Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi “Qalatasaray”ın prezidenti Mustafa Cengiz maraqlı açıqlamayla gündəmə gəlib.


“Azarkeşlərimiz Azərbaycanın “Neftçi” komandasıyla qarşılaşmağımızı çox istəyirdilər. Bu bizim arzumuz idi. Qardaşınızla bir matç oynayacaqsınız, qalib olacaqsınız və ya uduzacaqsınız. Beləliklə, iki duyğu birlikdədir. Gerçək olan odur: şükür ki, sizinlə oynamaq mümkün olacaq. Buna çox sevinirik. Qardaş komandalar qarşılaşacaqlar. Ən yaxın qardaşıq. Sözlə deyil, əsl qohumluqla: Türk, Azəri qardaşlarımız. “Neftçi”nin həmişə uğur qazanmasını istəyirəm. “Traktor” İranda kubok qazandı. Türk xalqı buna çox sevindi. “Neftçi”ni çox sevirik və oyun keçirəcəyimiz üçün xoşbəxtik. Azərbaycan xalqını, “Neftçi”ni, prezidentini, vitse-prezidentini salamlayıram” - deyə, klub rəhbəri “CBC Sport” telekanalına bildirib.

Digər xəbərlər