"Keşlə" mübarizəni erkən dayandırdı - Video

"Keşlə" mübarizəni erkən dayandırdı - Video
Futbol, Video
27 Avqust 2020 - 23:45
Avropa Liqasında 1-ci təsnifat mərhələsi yekunlaşıb.

Supersport.Az xəbər verir ki, təmsilçilərimizdən "Keşlə" ilk oyununda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edib.

Matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Laçi" (5:4) növbəti mərhələyə yüksəlib, "Keşlə" isə turnirdə mübarizəni dayandırıb.



Bu, rəqiblərin Avroliqada ikinci dueli olub. 2015-2016 mövsümündə - Bakı təmsilçisi "İnter" adlandırılan zamanı rəqibini mübarizədən kənarlaşdırmışdı. Avroliqada 1-ci təsnifat mərhələsinin Albaniyadakı oyununda 1:1 bərabərliyə qalan komandalar Bakıda qolsuz heç-heçə etmiş və "İnter" səfər qolu sayəsində mərhələ adlamışdı.

27 avqust

Avropa Liqası

1-ci təsnifat mərhələsi

21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya) - 0:0 (əlavə vaxt)




Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. “ASK Arena”

Digər xəbərlər