Çempionlar Liqası: PSJ finalda - Video

Çempionlar Liqası: PSJ finalda - Video
Futbol, Video
19 Avqust 2020 - 05:41
Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə Almaniya "Leyptsiq"i  Lissabondakı "Eştadiu da Luş" stadionunda Fransa PSJ-si ilə qarşılaşıb. Matç Paris təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda tarixində ilk dəfə olaraq ÇL-in  finalına yüksəlib.

Yarımfinalın digər görüşündə bu gün"Lion"la "Bayern" üz-üzə gələcək.  ÇL-in finalı isə avqustun 23-ü keçiriləcək.
18 avqust

23:00. "Leyptsiq" (Almaniya)  - PSJ (Fransa) - 0:3


Qollar: Markinyos, 13, Di Mariya, 42, Xuan Bernat, 56

Baş hakim: Byörn Kuypers

19 avqust

23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya)
Baş hakim: Mateu Lahoz

 

Digər xəbərlər