Avropa Liqası: 1/4 finala yekun vuruldu

Avropa Liqası: 1/4 finala yekun vuruldu
Futbol
12 Avqust 2020 - 02:25
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Supersport.Az xəbər verir ki, sonuncu oyun günündə daha 2 matç keçirilib. Almaniyanın Duysburq şəhərində  "Sevilya"  "Vulverhempton"a,  Gelzenkirxendə  isə "Şaxtyor" (Donetsk) "Bazel"ə qalib gələrək növbəti mərhələyə adını yazdırıb.

Dünən "İnter" və "Mançester Yunayted" yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda avqustun 16-ı "Sevilya" "Mançester Yunayted"lə, bir gün sonra isə "Şaxtyor" "İnter"lə qarşılaşacaq.

11 avqust

23:00. "Vulverhempton" - "Sevilya" - 0:1
Qol:
 Okampos, 88

23:00. "Şaxtyor" - "Bazel" - 4:1
Qollar
: Moraes, 2 (1:0), Tayson, 22 (2:0), Patrik, 75 (3:0), Dodo, 88 (4:0), Van Volfsvinkel, 90+2 (4:1)


10 avqust

23:00. "Mançester Yunayted" - "Kopenhagen" - 1:0

23:00 "İnter" - "Bayer" (Leverkuzen) - 2:1

Digər xəbərlər