”Qarabağ” “Sampdoriya”nın 650 min avroluq qolkiperini gətirir

”Qarabağ” “Sampdoriya”nın 650 min avroluq qolkiperini gətirir
Futbol
11 Avqust 2020 - 11:23
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasında ardıcıl 7-ci dəfə ölkəmizi təmsil edəcək "Qarabağ" heyətini gücləndirəcək.

Azərbaycanın səkkizqat çempionu İtaliyanın “Sampdoriya” klubunun qolkiperi Vid Beleçin transfer olunması üçün danışıqlar aparır.

Sloveniya yığmasının üzvü, ötən mövsüm “Apoel”də icarədə olarkən “Qarabağ”a qarşı avrokubok matçlarında möhtəşəm qurtarışlarla yadda qalıb. 30 yaşlı qolkiperin “Sampdoriya” ilə 1 illik müqaviləsi var və transfer qiyməti 650 min avrodur.

Vid Beleçin yaxın günlərdə “Qarabağ”a keçidi gözlənilir.

 

 

Digər xəbərlər