"Qarabağ"ın keçmiş qolkiperinin yeni klubu - 1 milyon 200 min avro qazanc

"Qarabağ"ın keçmiş qolkiperinin yeni klubu - 1 milyon 200 min avro qazanc
Futbol
11 Avqust 2020 - 07:44
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın keçmiş qolkiperi İbrahim Şehiç özünə klub tapıb.

"Erzurumspor"la müqaviləsi başa çatan 31 yaşlı bosniyalı qapıçı, Superliqanın digər komandası "Konyaspor"u seçib. Tərəflərin 2 illik razılığa gəldiyi bildirilir.

Konya klubu bosniyalı qolkiperə illik 600 min avro ödəyəcək.

"Konyaspor"un 35 yaşlı təcrübəli qapıçısı Serkan Kırıntılının isə "Beşiktaş"a keçəcəyi bildirilir.

 

 

 

Digər xəbərlər