"Neftçi" əyalətdə "Qarabağ"la qarşılaşa bilər

"Neftçi" əyalətdə "Qarabağ"la qarşılaşa bilər
Futbol
15 İyul 2020 - 07:00
Avropa Liqasında təmsilçilərimizdən olan "Neftçi" hazırlıq prosesini Qəbələdə keçirir.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu artıq 5 gündür ki, əyalətdədir və iyulun sonunadək məşqləri orada davam etdirəcək.

"Neftçi"nin Qəbələdə olan "Qarabağ"la yoxlama oyunu keçirəcəyi gözlənilir.

Xatırladaq ki, öllkədə karantin rejiminin tətbiq olunmasına, açıq havada idman tədbirlərinin keçirilməsinə qadağa qoyulmasına baxmayaraq, Nazirlər Kabineti bu yay ölkəmizi avrokuboklarda təmsil edəcək klubların hazılığa başlamasına icazə verib.

 

 

Digər xəbərlər