“Sampdoria”nın sabiq məşqçisi millimizdə

“Sampdoria”nın sabiq məşqçisi millimizdə
Futbol
12 İyul 2020 - 19:57
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən biri məlum olub.

Supersport.Az “calcionews24.com” saytına istinadən xəbər verir ki, “Sampdoria”nın sabiq məşqçisi Klaudio Beluççi təcrübəli mütəxəssisin köməkçisi olacaq.

45 yaşlı italiyalı çalışdırıcı karyerası ərzində “Fiorentina”, “Sampdoria”, “Napoli” və “Bolonya” kimi klublarda çıxış edib. O, eyni zamanda İtaliya U-21 millisində də forma geyinib.

Qeyd edək ki, Beluççi 2013-15-ci illərdə “Sampdoria”nın köməkçi məşqçi kimi çalışıb.

Digər xəbərlər