Azərbaycan Premyer Liqasında futbolçuların qiyməti: "Qarabağ" liderdir

Azərbaycan Premyer Liqasında futbolçuların qiyməti: "Qarabağ" liderdir
Futbol
30 İyun 2020 - 10:39


Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların qiyməti açıqlanıb.

Supersport.Az-ın "transfermarkt.com" saytına istinadən məlumatına görə, çempionatımızda olan 8 klub 54,18 milyon avro dəyərləndirilir.

Azərbaycanın səkkizqat qalibi "Qarabağ" 10 milyon avroyla liderdir. "Neftçi" (9.43 milyon) ikinci, "Sabah" (7.35 milyon) üçüncüdür.

Koronavirus pandemiyası səbəbindən mövsüm erkən başa çatdırıldığı üçün oyunçuların qiyməti düşüb.

Çempionatın ən dəyərli futbolçusu 1.3 milyon avroyla "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Bədavi Hüseynov, Qara Qarayev və Mahir Emrelinin dəyəri 1 milyona qalxıb. Maksim Medvedev 900 min, Filipp Ozobiç 800 min avrodur.

"Neftçi"nin ən qiymətli futbolçusu kapitan Emin Mahmudovdur (900 min avro). Müdafiəçi Anton Krivotsyuk 800 mindir. Baqali Dabonun dəyəri 500 min, Stiven Jozef-Monrozun qiyməti isə 650 min avroya enib. Ömər Buludovun qiyməti 650 minə yüksəlib.

Premyer Liqanı 3-cü pillədə bitirərək Avropa Liqasına vəsiqə qazanan"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli ilə Sezar Meza Kollinin transfer dəyəri 75 min avrodan müvafiq olaraq 450 min və 400 min avroya qalxıb.

"Sabah"ın gənc müdafiəçisi Bəhlul Mustafazadənin qiyməti 550 min avroya artıb.

Qeyd edək ki, XX turdan sonra erkən başa çatdırılan Azərbaycan Premyer Liqasında "Qarabağ" çempion elan olunub, "Neftçi" gümüş, "Keşlə" bürünc medala layiq görülüb.


Digər xəbərlər