"Liverpul" yenidən çempion - 30 il sonra

"Liverpul" yenidən çempion - 30 il sonra
Futbol
26 İyun 2020 - 01:41

İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.


Supersport.Az xəbər verir ki, bu turun son oyunun nəticəsindən sonra ölkə çempionatında bu mövsümün qalibi dəqiqləşib. Belə ki, "Mançester Siti" səfərdə "Çelsi"yə uduzub - 1:2. Bu nəticədən sonra lider "Liverpul" ən yaxın izləyicisi "Mançester Siti" ilə xal fərqini 23-də saxlayıb və yarışın bitməsinə 7 tur qalmış çempionluğu rəsmiləşdirib və tarixində 19-cu dəfə ölkə çempionu olub.  "Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə çempionatın qalibi adına yiyələnmişdi.
Digər görüşlərdə "Arsenal" səfərdə "Sauthempton"a qalib gəlib - 2:0. "Bernli" isə doğma meydanda "Uotford"dan üstün olub - 1:0

25 iyun

"Çelsi" - "Mançester Siti" - 2:1
Qollar
: Pulişiç, 36 (1:0), Kevin de Brüyne, 55 (1:1), Villian, 78-pen (2:1)
Qırmızı vərəqə: Fernandinyo, 77 ("Mançester Siti")
"Bernli" - "Uotford" - 1:0
Qol
: Rodriqes, 73

"Sauthempton" - "Arsenal" - 0:2
Qollar
: Nketia, 20, Uillok, 86

Qeyd edək ki, birinci yeri təmin edən "Liverpul"un 86-ı xalı var. "Mançester Siti" 63 xalla 2-ci, "Lester" 55 xalla 3-cü, "Çelsi" 54 xalla 4-cüdür.

Digər xəbərlər