Muhamməd Salah: "Çempion olmaq vaxtıdır"

Muhamməd Salah: "Çempion olmaq vaxtıdır"
Futbol
25 İyun 2020 - 17:38


Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının qalibi olmağa çox yaxınlaşan "Liverpul"un hücumçusu Muhamməd Salah fikirlərini bölüşüb.

Misirli futbolçu, komandasının çempionluğa layiq olduğunu bildirib:

"Bizim çempion olmaq vaxtımızdır. "Liverpul" 2 xal da qazansa, titula sahib çıxacaq. Mən komandaya gələndə ilk məqsəd Premyer Liqanın qalibi olmaq idi. "Liverpul" uzun müddətdir çempionluğa həsrətdir.  Ötən mövsüm biz yaxşı təsir bağışlasaq da, "Mançester Siti" ədalətli olaraq çempion oldu. İndi bizim sevinmək vaxtı gəldi".

Qeyd edək ki, bu gün "Mançester Siti" "Çelsi"ylə səfər oyununda xal itirsə, "Liverpul" çempionluğu təmin edəcək.


Digər xəbərlər