"Neftçi"də yeni müqavilə

"Neftçi"də yeni müqavilə
Futbol
02 İyun 2020 - 13:41
"Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisinin yetirməsi Ömər Buludovla gələn il mayın 31-də bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub.

Xatırladaq ki, "Neftçi" dünən Emin Mahmudov və Anton Krivotsyukla yeni müqavilə imzalamışdı.

Digər xəbərlər