Burak Yılmaz: "Çindən daha çox xəstəlik yayılır"

Burak Yılmaz: "Çindən daha çox xəstəlik yayılır"
Futbol
25 Aprel 2020 - 13:00
Supersport.Az-ın məlumatına görə, "Beşiktaş"ın kapitanı Burak Yılmaz klubun sosial şəbəkəsinə maraqlı fikirlər bildirib.

Çində forma geymiş "Beytszin Qoan"ın sabiq üzvü, dünyanın bəlası - koronavirus xəstəliyini yayan ölkə haqda da danışıb:

"Çində çox qəribə şeylər yeyilir. Onların bazarlarına da getmişdim, şok oldum. Çindən çox xəstəlik yayılması normaldır. İt onların yediklərinin yanında yaxşı bir şeydir. Nə yediklərinin, nə içdiklərinin sərhədi yoxdur. Çini bir Türkün düzəldəcəyi yer olaraq görmürəm. Mənim orada aşbazım, tərcüməçim, sürücüm və fizioterapistim vardı. Başqa formada uğur qazana bilməzdim. Səfərlər çox çətin idi. Təyyarəylə getmək çox vaxt aparırdı. Saat fərqi mənə mənfi təsir etdi. Ancaq Çin futbol baxımından inkişaf edir. Hər oyunu 60 min azarkeş qarşısında keçirirdik. Futbolu çox sevirlər".

B.Yılmaz müsəlmanların mübarək ayını təbrik edib:

"Ramazan ayı xeyirli olsun. Allah hamının orucunu qəbul etsin. İnşAllah bu mübarək ayla birlikdə başımızdakı virus bəlası bitsin. Digər ölkələrlə müqayisədə vəziyyət yaxşıdır. Ancaq nə olsa da bir can belə vermək məyusedicidr. Dünyasını dəyişənlərin hamısına Allahdan rəhmət, ailələrinə səbr, başsağlığı diləyirəm. Proseslər nəzarətdə olsa da, dilimizi dişləyək. 35 gündür evdəyəm. Bir ildə ilk dəfə bu müddət qalıram".

34 yaşlı futbolçu, çətin vaxtda pul haqda danışmaq istəmədiyini deyib:

"İnsanlıq sıxıntıda, sevdiklərimiz xəstəliyə yoluxduğu halda pulla, müqaviləylə bağlı danışmayacağam. Hazırda bu haqda danışan vicdansızdır. Klub prezidentinə "hər zaman sizinləyəm" dedim. "Beşiktaş"lılığım atadan gəlir. Atam da doğma klubun formasını geydi. "Antalyaspor"da olarkən "Məni "Beşiktaş"a verin" dedim. Gənc olanda səhvlərim oldu. Vaxtilə "Beşiktaş"dan göndəriləndə "Fenerbahçe"yə getdim. Ordan da Eskişehir klubuna yola salındım. Bir gün evdə televiziyanı izləyərkən "Trabzonspor"un məşqini gördüm. Şenol Hoca Koreyadan Trabzona yeni gəlmişdi. O zaman klubsuz idim. Şenol hoca mənə zəng etdi. "Hocam, məni asan alsanız nə edəcəksiniz? Kimsə məni istəmir" dedim. "Trabzonspor" məni təkrar Türk futboluna qazandırdı. Buna görə formasına öpmüşəm. "Qalatasaray" da məni Avropa səviyyəsində futbolçu etdi. İki camia da "Beşiktaş"lı olduğumu bilir. Sergen hocaya da hörmətim var. Ümid edirəm ki, çox uğur qazanacaq. 

"Beşiktaş" azarkeşləri möhtəşəmdir. Çempionatın iyunun sonunda başlayacağını düşünürəm. Avqustda da dayanmadan yeni mövsümə başlayarıq. Yenidən fasilə olsa, vücudumuz buna tab gətirməz, çox ziyanlı olar.

6 ay əvvəl məşqçilik fikrimdə yox idi. Türkiyənin ən təcrübəli mütəxəssisləri, çox dəyərli xarici məşqçilərin hazırlığını icra etdim. Hərəsindən bir şey öyrəndim. Məşqçi olmaq istəyirəm. Şenol hoca ilə danışıram. Futbolda qalmaq istəyirəm".

Kapitan hesab edir ki, futbolda yeni sistemin mənfi təsiri var:

"Futbol fərqli oyundur. VAR sistemi mənfi təsir edir. Mübahisəli məqamlarda futbol meydanda parçalanır. Oyunun sürəti aşağı düşür. VAR-dan istifadə edib səhv edən hakim də olur. Qol vururam, referi ofsayd qeydə alır, sonra qol xəbəri gəlir. VAR futbolun təbiətinə ziddir".

 

 

 

 

 

 

Digər xəbərlər