Qara Qarayev "qan verin" dedi - Foto

Qara Qarayev "qan verin" dedi - Foto
Futbol, Foto
10 Aprel 2020 - 00:34
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Qara Qarayev Qan Bankının "Könüllü donor" aksiyasına qoşulub.

Bu barədə 28 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə bildirib.
 Bakıdakı xəstəxanalardan birində könüllü qan verən millimizin üzvü hər kəsi aksiyaya qoşulmağa çağırıb: 


"Son zamanlar baş qaldıran COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, hər birimiz evdəyik və tətbiq olunan sosial izolyasiya tədbirlərinə bacardığımız qədər əməl edirik. Amma unutmayaq ki, "Qan Bankı"nda hazırda talassemiya xəstələri üçün qan qıtlığı yaşanır. Ona görə də hər kəsdən qanvermə aksiyasına qoşulmağı xahiş edirəm".

Digər xəbərlər