Rüştü Reçber: "Koronavirusla zarafat etməyin"

Rüştü Reçber: "Koronavirusla zarafat etməyin"
Futbol
08 Aprel 2020 - 21:25
Supersport.Az-ın məlumatına görə, koronavirusa yoluxan Türkiyə futbolunun əfsanələrindən olan Rüştü Reçber fikirlərini bildirib.

Karyerasında "Antalyaspor", "Fenerbahçe", "Barselona", "Beşiktaş"ın qapıçısı olan,  ötən il Türkiyə Futbol Federasiyasında koordinatoru kimi çalışmağa başlayan 47 yaşlı sabiq qolkiper deyib:

"Allaha şükür xilas oldum. Çətin, uzun müddət müalicə oldu. Hazırda yaxşıyam, evdəyəm. Ancaq hələ ki, karantindəyəm. Xalqımızdan bir ricam ver: Xahiş edirəm, çox diqqətli olun. Bu işin zarafatı yoxdur. Virus gənc-yaşlıya baxmır. Buna qarşı mübarizə aparmalıyıq. Evdə, sağlam qalın. Hamıya çox salamlar".

 

Digər xəbərlər