Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü - Foto

Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü - Foto
Digər, Foto
06 Aprel 2020 - 16:00
Azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq ölüb.


Supersport.Az xəbər verir ki, bu barədə Ukraynadakı Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov məlumat yayıb.


O, Fransada yaşayan, koronavirusa yoluxan yaxın dostunun komaya düşərək vəfat etdiyini yazıb:


"Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım Koronavirusdan komaya düşərək vəfat etdi. Söz tapa bilmirəm, Allahın qədər-qismətinə üsyan edə bilmərəm, lakin bu cür itki ilə barışmaq çox çətindir!

Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlar təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı. Yerin Cənnətlik olsun, canım, qardaşım!"



Digər xəbərlər