UEFA prezidenti: "Qorxulu vəziyyətin necə olacağını gözləməliyik"

UEFA prezidenti: "Qorxulu vəziyyətin necə olacağını gözləməliyik"
Futbol
05 Aprel 2020 - 16:02
Supersport.Az-ın məlumatına görə, UEFA prezidenti Aleksander Çeferin koronavirusun futbola vurduğu zərbə haqda fikirlərini bölüşüb.

Almaniya mətbuatına müsahibəsində sloveniyalı şəxs təhlükəli vəziyyətlə üzləşdiklərini deyərək, federasiyalara təkbaşına hərəkət etməməsini məsləhət görüb.

"Çox çətin vəziyyətlə qarşılaşmışıq. Həll etməyə çalışdığımız çox sayda problem var. Hazırda hesabımızda 600 milyon avro var və bundan istifadə etməliyik. İlk növbədə ölkə federasiyaları və UEFA-nın digər işləri üçün".

UEFA rəhbəri Bundesliqanın mayın ikinci həftəsində başlanılması məsələsinə münasibət bildirib:

"Futboçuların sağlamlığının ön planda olduğu hər yol doğrudur. Bu, Bundesliqanın öz qərarıdır. Mövsümü tamaşaçılarla tamamlayaraq deyərək oyunçuların, bütün məşqçilərin, hakimlərin, matçda xidmət edən hər kəsin sağlamlığı təhlükə altına düşsə, bu səhv olardı. Bundesliqa lisenziya şərtlərinin 1 il müddətinə dayandırılması UEFA üçün doğru ideya ola bilər. Bir çox klubda maddi çətinlik olsa da, çevik olmalıyıq. Lisenziya tələblərini yerinə yetirmək çətindir. Hələlik bunu dayandıracağıq və mövsümün bitməsini gözləyəcəyik. Ancaq Almaniyada görülən işlər diqqətimizdədir". 

Qurum prezdenti, Çempionlar Liqası, Avroliqa haqda danışıb:

"Bu dəhşətli, qorxulu vəziyyətin necə inkişaf edəcəyini gözləmək və görmək lazımdır. Futbol azarkeşsiz və azarkeşlərlə eyni deyil. Ancaq tamaşaçısız oynayıb ən azından televiziyada yayımlamaq heç olmamasından daha yaxşıdır. Bu, insanların evinə müsbət enerji gətirə bilər. Ancaq yarışlar iyul, avqust aylarında olmalıdır. Bunu sentyabr və ya oktyabr aylarında tamamlaya bilmərik".

O, "Mövsümü tamamilə ləğv etmək mümkündürmü?" sualını cavablandırıb:

"Əgər ölkə rəhbərləri oynamağımıza icazə verməsə, oynanılmayacaq".

Qitə qurumunun rəhbəri, Belçikada yarış sona çatdırılmadan çempionun elan olunmasını mənfi qarşılayıb:

"Bunun düzgün addım olduğunu düşünmürəm. Həmrəylik tək tərəfli olmamalıdır. Bu, küçədə bir istiqamətə hərəkət deyil. Əvvəlcə kömək istəyib, sonra mənə uyğun deyib qərar vermək olmaz. Deməliyəm ki, Belçika və hazırda belə düşünənlər növbəti mövsüm kuboklarda iştiraklarını riskə atırlar".

UEFA prezidenti, FİFA-nın 2.7 milyard avro yardım paketinə münasibətini açıqlayıb:

"FİFA-nın açıqlaması təcili olaraq pula ehtiyacı olanlar üçündür. Bu məsələdə beynəlxalq qurumun maliyyə departamentiylə razılıqla bağlı danışmalıyıq. Kimin nə qədər alacağı bilinmir. Bu mənə, həm də bəzilərinə qəribə gəldi. Bu pulların hara gedəcəyinə kimsə nəzarət edə bilməz. Bunun üçün çox ciddi, sərt qaydalar olmalıdır. Yalnız FİFA maliyyə departamentinə bunu həvalə etmək olmaz. Bu, çox bəsit düşünülüb".

 

Digər xəbərlər