UEFA-dan avrokuboklarla bağlı qərar

UEFA-dan avrokuboklarla bağlı qərar
Futbol
01 Aprel 2020 - 17:11
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqası və Avroliqa ilə bağlı qərarını açıqlayıb.

Bu gün 55 ölkənin nümayəndəsi ilə keçirilən videokonfransda bir sıra məsələlər müzakirə edilib.

Toplantıda avrokubok matçlarının taleyi məlum olub. Çempionlar Liqası və Avroliqa qarşılaşmalarının iyul-avqust ayları arasında keçirilməsinə qərar verilib.

Ölkə çempionatlarının gələcəyi ilə bağlı da müzakirələr davam edib. UEFA federasiya nümayəndələrinə bir neçə təklif paketi təqdim edib. Daha ətraflı məlumatın yaxın saatlarda veriləcəyi bildirilib.

 

Digər xəbərlər