Fatih Terim: "Daha çox bağışlayacağam"

Fatih Terim: "Daha çox bağışlayacağam"
Futbol
30 Mart 2020 - 22:22


Supersport.Az-ın məlumatına görə, koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim sosial şəbəkədə fikirlərini bölüşüb.

"Bu, dünyanın keçdiyi bir imtahandır ... Bəzilərimiz viruslarla, bəzilərimiz səbirlə, bəzilərimiz ağıl və inancla sınanırıq. Allah hamının imtahanını ürəyinə görə versin ... Mən bu imtahandan çox şey öyrənərək çıxacağam. Daha çox qiymət biləcəyəm və karantin müddətindən sonra ailəm və yaxınlarımla daha çox vaxt ayıracağam.

Yaratdığım, töhfə verdiyim hər şeyin mənə daha çox rahatlıq verməsini təmin edəcəyəm.  Daha çox bağışlayacağam, daha az kədərlənməyə çalışacağam. Xəstəxana mərhələsini başa vurub evimdəki 14 günlük mərhələyə keçirəm.

Bu müddətdə xəstəxananın həkimlərinə, dəstəyini və duasını əsirgəməyən böyüklərimə, dostlarıma, övladlarıma, bütün azarkeşlərə, səbir və ümidlə yanımda olan ailəmə təşəkkür edirəm. Nə olar, imkanınız olduğu qədər evdə qalın və özünüzü qoruyub tədbirlərinizi görün. Dünən olduğu kimi bu gündən sonra da etdiyim hər duamda bu virusla mübarizə aparan bütün insanlar və həyatlarını həyatımıza həsr edən bütün tibb işçiləri olacaq. Əlim ürəyimdə hər kəsə təşəkkür edirəm".




Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidentləri Yusuf Günay və Abdurrahim Albayrak da koronavirusa yoluxub.


Digər xəbərlər