AMADA koronavirusla mübarizəyə 10 min manat verdi

AMADA koronavirusla mübarizəyə 10 min manat verdi
Digər, Dopinq
28 Mart 2020 - 11:19
Supersport.Az-ın məlumatına görə, saf idmanı daim dəstəkləyən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizdə COVID-19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulub.

Korporativ Sosial Məsuliyyət strategiyasını rəhbər tutaraq AMADA Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində kömək edib.

Digər xəbərlər