"Derbini izləyən jurnalistlər koronavirus testindən keçirilsin"

"Derbini izləyən jurnalistlər koronavirus testindən keçirilsin"
Futbol
25 Mart 2020 - 08:45


Supersport.Az-ın məlumatına görə, Türkiyə Spor Yazarları Dərnəyi (TSYD) Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.

TSYD TFF-dən "Qalatasaray" - "Beşiktaş" derbisini stadiondan izləyən media nümayəndələrinin koronavirus testindən keçirilməsini tələb edib. Martın 15-də baş tutan qolsuz başa çatan oyunu 262 media nümayəndəsi - 45 fotomüxbir, 32 kameraman və 185 müxbir-yazar izləyib. Bu matçdan sonra "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrakla baş məşqçi Fatih Terimdə koronavirus aşkarlanıb.

Digər xəbərlər