“Qarabağ”ın sponsoru “Azərsun Holdinq” Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüb.
Supersport.Az xəbər verir ki, Şirkətlər Qrupuna məxsus Azərbaycan Sənaye Bankı da ölkə başçısının çağırışına səs verərək Fondun hesabına 250 min manat ianə edib.
“Azərsun Holdinq” bu xüsusi günlərdə ərzaq təhlükəsizliyinin təmin edilməsində heç bir problemin olmayacağına və qida məhsulları qıtlığının yaşanmayacağına təminat verir. “Qarabağ”ın sponsoru “Azərsun Holdinq” Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüb.