Futbolda iki mövsümü birləşdirmək planı - FIFA-yla UEFA bu haqda düşünür

Futbolda iki mövsümü birləşdirmək planı - FIFA-yla UEFA bu haqda düşünür
Futbol
24 Mart 2020 - 01:13
Dünyanı koronavirus bəlasının cənginə alması futbol sahəsinə də ağır zərbə vurub.

Supersport.Az-ın məlumatına görə, FİFA-yla UEFA iki mövsümü birləşdirmək haqda düşünür. Hazırda fakt odur ki, futbol iflic vəziyyətindədir. Avropanın 55 çempionatından 54-ü dayanıb. Yalnız Belarusda yarış keçirilir.

Təkcə Avropanın top çempionatlarının dayanmasından 4 milyard avro itirilib.

UEFA iyuna təyin etdiyi Çempionlar Liqası, Avroliqanın final oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb.

Qitə qurumu bu yay keçirilməli olan Avropa çempionatını koronavirus pandemiyasına görə gələn ilə təyin olunub.

FİFA ilə UEFA rəhbərliyinin 2019/20 və 2020/21-ci il mövsümünü birləşdirmək barədə fikirləşdiyi bildirilir.

Digər xəbərlər